Baş prokuror: Sahibkarlar dindiriləcək
“Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə baş prokuror Zakir Qaralov çıxış edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Z.Qaralov bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət işi başlanılıb:
“Yanğın texniki, tikinti-texniki, fiziki-kimyəvi, əmtəəşünaslıq ekspertizaları təyin edilib. Qısa müddətdə yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizalar həyata keçiriləcək. Hadisə ilə bağlı sahibkarlar dindiriləcək”.