Sosial iqtisadiyyat

Əlillik yeni meyarlarla təyin olunacaq - Qanun hazırlanır

Əlilliyin təyin olunması ilə bağlı Azərbaycan üzrə yeni meyarlar hazırlanıb.

"BI"nin məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verib.

Onun sözlərinə görə, bu meyarlar əsasında qanunvericilik tərtib olunub:

“Yaxın vaxtlarda bu qanunvericilik Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç bir həkim əlilliyin beynəlxalq sahədəki meyarlarla təsnifatlaşdırılmasını bilmir”.

Nazir qeyd edib ki, hazırda əlillik elə bir mexanizm ilə müəyyən edilir ki, heç onu Əmək və Əhalinin Sosial Nazirliyi görmür:

“Həkimlərin müayinəsi əsasında elektron məlumat nazirliyə daxil olur. Biz bu məlumata əsasən əliliyi ya təsdiq edir, ya da etmirik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)