TURİZM

Səudiyyə Ərəbistanının "loukoster"i Bakıya birbaşa uçuşlara başlayacaq

Səudiyyə Ərəbistanının nüfuzlu "loukoster"i "Flynas" aviaşirkəti Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır.

"BI" xəbər verir ki, aviaşirkət yay mövsümündə yeni beynəlxalq uçuşlar həyata keçirməyi planlaşdırdığını bəyan edib.

"Flynas" Ər-Riyaddan Bakı, Batumi, Tbilisi, Vyana, Trabzon və Sarayevoya da birbaşa uçuşlar həyata keçirəcək. Eyni zamanda Ciddədən Trabzon və Tbilisiyə, Dammamdan Tbilisi və Bakıya, həmçinin Əl-Kasımdan Trabzon və Bakıya birbaşa uçuşlar da təklif olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department