TURİZM

Orenburqdan Bakıya reyslər açılacaq - QİYMƏT

Aprelin 20-dən etibarən “İrAero” aviaşirkəti Orenburqdan Bakıya uçuşlara başlayacaq. Bu barədə “AviaPort” məlumat verir.

Uçuşlar hər həftənin şənbə günləri Rusiyanın “Sukhoi Superjet 100” (SSJ-100) təyyarələri ilə həyata keçiriləcək.

Bakıdan uçuş – 12:50-də, Orenburqa eniş – yerli vaxtla 18:20-də yerinə yetiriləcək. Əks istiqamətdə: Orenburqdan uçuş 18:20-də, Bakıya eniş – 19:20-də olacaq.

Bir tərəfə biletin qiyməti 9 min rubldan başlayır.

Hazırda “İrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu ilə Azərbaycana reyslər həyata keçirir. Aprelin 9-dan etibarən “İrAero” Çelyabinsk-Bakı reysi açacaq. Bu reys hər həftənin çərşənbə axşamı, iyunun 20-dən etibarən – hər həftənin cümə axşamı yerinə yetiriləcək.

 

Bundan əlavə, iyunun 18-dən aviaşirkət Yekaterinburq-Bakı reysini açacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)