ENA+

Səudiyyə Ərəbistanına təhdid: 72 saatınız var

ABŞ-ın xarici işlər naziri Mike Pompeo, Prezident Donald Trampın xahişi ilə Səudiyyə Ərəbistanına gedərək Kral Salman və Səudiyyə Vəliəhdi Şahzadə Məhəmməd bin Salman ilə görüşmüşdü. Pompeonun görüşünə dair yeni detal ortaya çıxıb.
 

Mike Pompeonun Vəliəhd Şahzadə Məhəmməd Bin Salman ilə keçirdiyi görüşdə,ona, müxalif jurnalist Cemal Kaşıkçnın itməsi ilə bağlı cinayət işini sona çatdırması üçün 72 saat müddət verdiyi iddia edilib.
 

ABŞ-da nəşr edən "Axios" internet saytının görüş haqqında məlumatı olan bir mənbəyə istinadən yaydığı xəbərinə görə, görüşdə Pompeo Şahzadə Salmana Cemal Kaşıkçı hadisəsində həqiqətlərin ortaya çıxarmaması halında ölkəsinin beynəlxalq nüfuzunun zədələnəcəyi xəbərdarlığını edərək, bu məsələdə istintaqın 72 saat (3 gün) ərzində başa çatdırılmasını istəyib.
 

Xəbərə görə, Pompeo, Şahzadə Salmana kral olması ehtimalının təhlükəyə düşə biləcəyini deyib, taxta çıxmasının Kaçıkçı hadisəsini necə idarə edəcəyinə bağlı olduğuna dair xəbərdarlıq edib. 

 
KAŞIKÇI  HADİSƏSİ

 

Səudiyyəli islahatçılar üçün mühüm platforma olan "Al Watan" qəzetinə töhfə verən və eyni zamanda "Washington Post" qəzetində yazılar yazan Cemal Kaşıkçı, 2 Oktyabr Çərşənbə günü rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedəndən sonra bir daha xəbər yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)