"Məmurlar dəmir yolunun mühafizə zolaqlarında qeyri-qanuni tikililərə şərait yaradıb"

“Azərbaycanda dəmir yolunun mühafizə zolaqlarında vətəndaşlara məxsus qeyri-qanuni tikililər var. Buna məmurlar şərait yaradıb”.
"BI" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Çalışırıq ki, insanları həmin ərazilərdən uzaqlaşdıraq. Təkcə 2018-ci ildə təxminən 700 nəfərə yeni ev verilərək dəmir yolunun mühafizə zolaqlarından kənarlaşdırmışıq”, - deyə o, qeyd edib.