Gündəm

Əraqçi İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının konkret nəticələrini açıqlayıb

Pakistan və Qətərin gərgin vasitəçilik səyləri Livan müharibəsinə son qoyulması istiqamətində mühüm irəliləyişlərlə nəticələnib.

ENA.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İsveçrədə ABŞ ilə keçirilən danışıqların ilk mərhələsinin nəticələri barədə "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

İranın XİN başçısı əldə olunmuş razılaşmaları sıralayıb:

"İranın Neft və neft-kimya ixracına məhdudiyyətlər ləğv edilib, blokada götürülüb, dondurulmuş aktivlərin bir hissəsi sərbəst buraxılıb. Eyni zamanda, İran üçün irimiqyaslı yenidənqurma və inkişaf planına start verilib".

Daha əvvəl Qətər və Pakistan Xarici İşlər nazirlikləri (XİN) İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair birgə bəyanat yayaraq ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırdığını açıqlayıb.

Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)