Sənaye

Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin edilib.

Məlumata görə, şirkətin yeni direktoru Mürsəl Əliyevdir.

O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)