Elm və Texnologiya

Azərbaycan özünün milli antivirusunu hazırlayır

"Biz özümüzün milli antivirus proqramımızı hazırlamağa başlamışıq. Ümid edirəm ki, bu ilin ikinci yarısında milli antivirusun beta versiyasını hazırlayıb təqdim edəcəyik".

Bunu "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində AMEA-nın İKT institutunda keçirilən tədbirdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov verib.

Eləcə də bax: "Bankların öz uğursuzluqlarını gizlətməsi daha böyük fəsadlara səbəb olur"

T.Məmmədovun sözlərinə görə, təmsil etdiyi qurum dövlət qurumları üçün vahid e-mail sisteminin tətbiqinə başlayır:

"Artıq bu sistem hazırdır və dövlət qurumlarında olan e-maillərin miqrasiyası başlanılıb. Vahid e-mail sisteminin özəlliyi ondan ibarətdir ki, biz burada daha mükəmməl kriptolaşma tətbiq edirik. Bu isə təhlükəsizlik baxımından önəmlidir".

Tural Məmmədov bu gün istifadəyə verilən blacklist.gov.az saytı haqqında da məlumat verib: "Bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirliyi haqqında saxta məlumat yayılmışdı. Məhz ondan sonra biz qərara gəldik ki, belə bir sayt yazaq və zərərverici kontentləri bura yerləşdirək. Hazırda saytda 30507 informasiya resursu yerləşdirilib ki, bundan da istifadə edilə bilər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)