Birja

Qızıl dəyərini itirir (21.05.2026)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti 4529 dollara düşüb.

ENA.az xəbər verir ki, qızıl əvvəlki ticarət əməliyyatları ilə müqayisədə 8,38 dollar ucuzlaşıb.

Nəzərə alsaq ki, yanvarda qızıl 5600 dollardan realizə edilirdi, ötən müddətdə qiymətli metal 1000 dollardan çox dəyər itirib. Proses yerli bazarda qızılın qramının alış qiymətinin 170 manatdan 130 manata düşməsinə səbəb olub.

Gümüşdə də itkilər davam edib. Amma bu proses cüzi olub. COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri ucuzlaşaraq 75,4 ABŞ dolları təşkil edib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)