ENA+

"Boeing"dən "737 Max" açıqlaması

"Boeing":  737-8 Max və 737-9 Max təyyarələri üçün yeni proqram yenilənməsi hazırlanıb

"Boeing" şirkəti, İndoneziya və Efiopiyadakı təyyarə qəzalarından sonra Boeing 737-8 Max və 737-9 Max təyyarələrinin bütün uçuşlarının bir çox ölkə və hava yolu şirkəti tərəfindən dayandırılması ilə bağlı açıqlama yayıb. 

"BI" xəbər verir ki, açıqlamada, uçuş təhlükəsizliyinin bütün "Boeing" işçiləri üçün təməl bir dəyər olduğu vurğulanıb.

"Təyyarələrimizin, müştərilərimizin, sərnişinlərimizin və pilotların təhlükəsizliyi daim birinci prioritetimizdir", - ifadələrinin yer aldığı açıqlamada, 737 Max-ı istedadlı işçilərin hazırladığı, istehsal etdiyi və dəstək təmin etdiyi etibarlı bir təyyarə olduğu bildirilib.

Açıqlamada, "Boeing"in, İndoneziyada "Lion Air"in təyyarəsinin qəza keçirməsinin ardından, son bir neçə aydır ki, onsuz da etibarlı olan bir təyyarəni daha da təhlükəsiz hala gətirmək üçün bir uçuş nəzarət proqram yenilənməsi hazırlandığı qeyd edilib. 

Sözügedən proqram yenilənməsi gələcək həftələrdə bütün 737 Max donanmasına yüklənməsi üçün yayımlanacaqdır. Proqram yenilənməsini bütün hava yollarının tətbiq etməsi məcburi olacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)