Kapital Bank 50 milyon dollarlıq sindikat kredit cəlb edib
2025-ci ildə Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Kapital Bank 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb edib.
Bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov məlumat verib. Onun sözlərinə görə, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. Körfəz regionunun aparıcı maliyyə qurumlarından biri olan Mashreq Bank ilə əməkdaşlıq çərçivəsində qeyd olunan məbləğdə vəsait cəlb olunub.
Bununla yanaşı, bank ötən il Özbəkistanın iri IT ekosistemlərindən biri olan Uzum ilə tərəfdaşlığa başlayıb. Bu çərçivədə “Uzum” ekosisteminə daxil olan MAKESENSE şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayrılıb.
Qeyd edilib ki, bu əməkdaşlıq nəticəsində Kapital Bank tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti təqdim edib.

















