60 ədəd taxılyığan kombayn alınır - MÜQAVİLƏLƏR BAĞLANDI
“Aqrolizinq” ASC 60 ədəd taxılyığan kombaynın satın alınmasına 5 milyon avrodan çox vəsait yönəldəcək.
"Businessinsider.az" dərc olunmuş materiallara istinadən xəbər verir ki, “Aqrolizinq” ümumi dəyəri 5 milyon 164 min avro olan 2 müqavilə bağlayıb.
"Ninox Alliance" JSC şirkəti ilə 20 ədəd 185 a.q. gücündə taxılyığan kombaynın satın alınması haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 1 milyon 570 min avro təşkil edir.
"Exlex İmpex" LP şirkəti ilə 40 ədəd 152 a.q. gücündə taxılyığan kombaynın satın alınması haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 3 milyon 594 min avro təşkil edir.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.