Avtomobil

Dünyanın ən bahalı avtomobil satıldı - QİYMƏTİ

Almaniyanın avtomobil istehsalçısı Volkswagenin tərkibindəki Fransanın idman avtomobil brendi Bugatti, indiyə qədər istehsal edilmiş ən bahalı avtomobilini Cenevrədə keçirilmiş sərgidə satıb.

Bugatti-nin 110-cu ildönümü üçün hazırlanan avtomobilin qiymətinin 16.7 milyon avro (19 milyon dollar) olduğu açıqlanıb.

"La Voiture Noire" adlı modeldən yalnız bir ədəd istehsal edilib. 8 litr mühərrik həcminə malik avtomobil, 16 silindrli və 1500 at gücündədir. 

Avtomobili kimin satın aldığı açıqlanmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)