Fed-in faiz qərarı üçün mühüm məlumat açıqlandı
ABŞ-da istehlakçı qiymətləri indeksi 3 ay dəyişməməsinin ardından Fevral ayında yüksəlib. Əmək Nazirliyin tərəfindən açıqlanan məlumata görə, istehlakçı qiymətləri indeksi Fevralda aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 1.5% artıb. İllik artım Yanvar ayında 1.6% olaraq reallaşmışdı.
Proqnoz aylıq 0.2%, illik 1.6% artım idi.
Baza inflyasiya isə proqnozdan aşağı reallaşıb. Baza inflyasiya illik 2.2% gözlənilərkən 2.1%, aylıq müqayisədə isə 0.2% gözlənilərkən 0.1% olub. Qiymətlərdəki aylıq artım, Avqustdan bəri ən aşağı artım olaraq qeydə alınıb.
Bu günki məlumatlar, inflyasiyanın Fed-in 2% hədəfinə yaxın səviyyələrdə qala bilməyəcəyinə işarə edir. Bu da Fed-in əlavə faiz artırmayacağı və gözləməyi davam etdirəcəyi mənasına gələ bilər.
Fed sədi Cerom Pauel iqtisadi artımda yavaşlama və inflyasiyanın təzyiq altında olması səbəbilə faiz artırmağa tələsməyəcəklərini bildirmişdi.