Persona

Araz Ağalarovun şəxsi həyatında dəyişiklik – 40 illik evlilik başa çatıb?

“Crocus Group” şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarovın şəxsi həyatı ilə bağlı diqqətçəkən xəbərlər yayılıb.

Mediada yer alan məlumatlara görə, 70 yaşlı biznesmen 40 ildən artıq birlikdə yaşadığı həyat yoldaşı İrina Ağalarovadan boşanıb. Bildirilir ki, o, qısa müddət sonra 27 yaşlı Alyona İvanova ilə rəsmi nikaha daxil olub.

İddialara əsasən, biznesmenin yeni həyat yoldaşı artıq soyadını dəyişərək Ağalarova edib və bunu sosial media hesablarında da əks etdirib. Alyona İvanovanın ictimaiyyətə açıq şəxs olmadığı, sosial şəbəkələrdə daha qapalı həyat tərzi sürdüyü qeyd olunur.

Yayılan məlumatlarda cütlüyün hətta bir övladının da olduğu iddia edilsə də, bu barədə rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, Araz Ağalarovun əvvəlki evliliyindən iki övladı var. Onun oğlu, Xalq artisti Emin Ağalarov və qızı Şeyla Ağalarovadır.

Bununla belə, nə Araz Ağalarovun özü, nə də ailə üzvləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)