Gündəm

"Hörmüz boğazında ABŞ-yə kömək etməsə, NATO-nu çox pis gələcək gözləyir"

Şimali Atlantika Alyansına üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-yə kömək etməsələr, NATO-nu “çox pis gələcək” gözləyir.

Bunu ABŞ lideri Donald Tramp Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Əgər [Hörmüz boğazındakı səylərə qoşulmaq çağırışına] cavab gəlməsə və ya bu cavab mənfi olsa, düşünürəm ki, bu, NATO-nun gələcəyinə çox pis təsir edəcək”, – Ağ Ev rəhbəri bildirib.

Daha əvvəl “The Wall Street Journal”Donald Trampın administrasiyasının gələn həftə Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət etmək üçün beynəlxalq koalisiyanın yaradıldığını elan etmək niyyətində olduğunu yazmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)