Birja

Qızıl və gümüş bahalaşıb (10.03.2026)

Nyu-York birjasında qızıl və gümüşün dəyəri artıb.

ENA.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.34% artaraq 5172 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 4.84% bahalaşaraq 88.61 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)