"Mojo Az" BOKT bazara daxil olmaqdan imtina edib
Azərbaycanda 2023-cü ilin noyabr ayında yaradılmış "Mojo Az" MMC bank olmayan kredit təşkilatı (BOKT) bazara daxil olmaqdan imtina edib.
Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti yaz;r ki? BOKT-un nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş yeni tələbə (1 milyon manatdır) cavab verməyib. Odur ki, kapital 300 min manatdan 100 manata endirilib. Bu isə Azərbaycan Mərkəzi Bankının ona BOKT lisenziyası verməsini mümkünsüz edir.
Xatırladaq ki, "Mojo Az"ın hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 58, mənzil 19, qanuni təmsilçisi isə Ruslan Zaməddin oğlu Köçərlidir.













