Gömrüyün xətti ilə yanvarda büdcəyə daxil olan vəsaitin həcmi açıqlandı
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 487 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə bi qədər azdır.
Ümumilikdə gömrük daxilolmaları proqnoz icra edilib.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,682 milyard manat vəsait köçürməlidir. Beləliklə, 1 ay ərzində həmin məbləğin 7,35 %-inin ödənişi təmin olunub.


















