İnşaat və əmlak

Dövlət əmlakının icarəsindən toplanan vəsait artdı, xidmətlərdən azaldı

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 4,9 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, icarə daxilolmaları proqnozdan 4,4 % çox icra edilib.

Xatırladaq ki, bu il ƏMDX icarədən büdcəyə 40 milyon manat vəsait köçürməlidir. Beləliklə, 1 ay ərzində həmin məbləğin 12,25 %-i təmin olunub.

eyni zamanda, bu ilin yanvar ayında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edib. Bundan başqa, ay ərzində büdcəyə sair daxilolmalar isə 31 milyon manat olub ki, bu da proqnozdan 11,2 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)