Sənaye

"Chevron" Venesuelada neft hasilatını 50% artıra bilər

"Chevron" şirkəti Venesuelada neft hasilatını 1,5-2 il ərzində 50% artırmağı və bazara etibarlı şəkildə tədarük planlaşdırır.

Bu barədə şirkətdən verilən açıqlamada bildirilib.

“Chevron” Venesuelada yüz ildən çoxdur fəaliyyət göstərir. 2022-ci ildən bəri ABŞ qanun və qaydalarına tam uyğun olaraq, birgə layihələrdə tərəfdaşları ilə birlikdə ölkədə hasilatı gündəlik 200.000 bareldən çox artırıb.

2022-ci ilin noyabr ayının sonunda Ağ Evin sanksiyalarına baxmayaraq, "Chevron"nun Venesuelada neft hasil etməsinə və ABŞ-yə tədarük etməsinə icazə verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)