Hesabatlar

Neft ucuz, gəlir “artıq”: büdcədəki artımın mənbəyi ARDNF-dir. 2 İLİN MÜQAYİSƏSİ

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 266,9 milyon manat və yaxud 7,2 % çoxdur.  Bu artım, vergi daxilolmalarının ümumi artım tempindən daha çox Dövlət Neft Fondundan transfertlərinin artması ilə bağlıdır ki, bu da büdcənin neft gəlirlərinin daha çox SOFAZ-dan asılı olduğunu göstərir. Başqa sözlə, büdcə profisitinin qaynağə məhz Dövlət Neft Fondudur. 

ENA.az olaraq, neft-qaz sektoru üzrə 2024 və 2025-ci illərin müqayisəsini təqdim edirik: 

 

2024-cü il üzrə neft-qaz gəlirləri

 

2025-ci il üzrə neft-qaz gəlirləri

 

Ümumi daxilolmalar: 17,97 milyard manat
 

Strukturu:

26,6% və ya ~4,78 milyard manat vergi orqanlarının xətti ilə

 

71,1% və ya ~12,78 milyard manat — Dövlət Neft Fondunun transfertləri

 

Vergi orqanları xətti ilə daxil olan gəlirlərin strukturu 2024-də:

Şahdəniz üzrə mənfəət vergisi: ~2,341 milyard manat (49%).

SOCAR ödədiyi vergilər: ~1,774 milyard manat (37,1%).

“Azəri-Çıraq-Günəşli” (ACG) üzrə mənfəət vergisi: ~665 milyon manat (13,9%).

 

Ümumi daxilolmalar: 18,83 milyard manat

 

Strukturu:

23,1% və ya 4,3 milyard vergi orqanlarının xətti ilə.

 

76,9% və ya ~14,481 milyon manat Dövlət Neft Fondundan transfertlər.

 

Vergi orqanları xətti ilə daxil olan gəlirlərin strukturu 2025-də:

Şahdəniz üzrə mənfəət vergisi: ~2,260.3 milyon manat (52%).

SOCAR-ın ödədiyi vergilər və ödənişlər: ~1,795.4 milyon manat (41,3%).

ACG üzrə mənfəət vergisi: ~291.7 milyon manat (6,7%).

 

Ümumi nəticə belədir ki, 2025-də neft-qaz sektorundan daxilolmalar artaraq ~18,83 mlrd manat təşkil edib və 2024-ə nisbətən +7,2% artım görülüb.
SOFAZ transfertlərinin payı yüksəlib, bu da büdcənin neft-qaz gəlirlərində fonddan asılılığın artdığını göstərir.
Vergi daxilolmalarında Şahdəniz layihəsinin payı yüksələrək dominant rol oynayıb, ACG layihəsinin payı isə azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)