TURİZM

İran hava məkanı uçuşlar üçün yenidən açıldı

İran hava məkanı NOTAM-ın (Hərbi Hava Qüvvələrinə Bildiriş) müddəti bitdikdən sonra uçuşlar üçün yenidən açılıb.

İran tərəfindən dünən gecə verilən NOTAM çərçivəsində tətbiq edilən və Bakı vaxtı ilə saat 07:30-a qədər qüvvədə olan uçuş məhdudiyyətləri göstərilən müddət bitdikdən sonra aradan qaldırılıb.

Hava məkanının yenidən açılmasından sonra Tehran uçuş məlumat sistemində tədricən normal vəziyyətə qayıtma müşahidə edilib və beynəlxalq və regional uçuşlar yenidən İran hava məkanından istifadə etməklə həyata keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)