"Finans İnvest" BOKT adını və təşkilati-hüquqi formasını dəyişir
Finans İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) adını və təşkilati-hüquqi formasını dəyişərək "NEO" ASC-yə çevrildiyini elan edib.
ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Finans İnvest" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 371 min manatdır.


















