Gündəm

Kəmaləddin Heydərov yeni rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinə yeni rəis təyin olunub.

ENA.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Mehdiyev Toğrul Telman oğlu gətirilib.

Qeyd edək ki, bundan əvvəl Bəxtiyar Tağıyev FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunub. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəis müavini təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)