Rusiya Avropaya qazı rublla satmağa başladı
Bir çox sahədə dollardan istifadədən imtina edən Rusiya Avropaya qaz satışını milli valyutası olan rublla etməyə başlayıb.
“BI” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın enerji şirkəti “Qazprom”dan məlumat verilib.
“Qazprom Export”un icraçı direktoru Yelena Burmistrova rublla satışın genişləndirilməsi istiqamətində işlər aparıldığını bildirib.
Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin isə ölkə iqtisadiyyatında dollardan istifadənin azaldılması istiqamətində müxtəlif addımlar atılacağını deyib.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı ötən il 100 milyard dollarlıq rezervini yuan və avroya çevirmişdi.