Əsas məzmuna keç
Bakı +18°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

ARDNF və SOCAR-ın birgə müəssisəsi nizamnamə kapitalını azaldır

ARDNF və SOCAR-ın birgə müəssisəsi nizamnamə kapitalını azaldır

"Azerbaijan Rigs" MMC nizamnamə kapitalını 70 milyon manat və yaxud 7,4 % azaldaraq 950 milyon manatdan 880 milyon manata endirdiyini elan edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə əsasən, "Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Şirkətin təsisçiləri 90 % payla Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).