Sosial iqtisadiyyat

Orta illik inflyasiya 6%-ə yaxın olub

Bu ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

Bu barədə Dövlət Sttaistika Komitəsindən məlumat verilib.

Noyabrda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz artıb.

Həmçinin ötən ay qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)