Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Ramiz oğlu Mehdiyevin adı siyahıdan çıxarılıb.
Bu barədə FHN-nin rəsmi veb səhifəsində istinadən xəbər verilir.
APA isə yazır ki, Prezident İlham Əliyev Sərəncamı ilə o nazir müavini vəzifəsindən azad edilib.
25.06.1975-ci ildə Gürcüstan Respublikası, Suxumi şəhərində anadan olub.
Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.
Ailəlidir, 2 övladı var.

















