Gündəm

Putin: Atəşkəs yalnız Ukrayna qoşunlarının geri çəkilməsindən sonra baş verəcək

Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları onun öz qoşunlarını geri çəkəcəyi halda dayandıracaq.

Bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz hələ də müxtəlif yerlərdə döyüş əməliyyatlarının dayandırılması barədə "çağırışlar" alırıq. Ukrayna qoşunları tutduqları ərazilərdən çıxacaqsa, döyüş əməliyyatları da dayanacaq. Çıxmayacaqlarsa, biz buna silahlı yolla nail olacağıq", - Putin qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)