Azərbaycana xarici valyutanın gətirilməsinə heç bir limit yoxdur
"Valyutanın ölkədən çıxarılması iki şəkildə tənzimlənir. Bu, bir Mərkəzi Bankın, bir də Nazirlər Kabinetinin qərarına əsasən Milli Bankın xarici valyutanı gömrük sərhəddindən keçirilməsi ilə bağlıdır".
"BI" xəbər verir ki, bunu Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi Sərnişin Dəhlizlərinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov deyib. O bildirib ki, 10 min dollar miqdarında xarici valyutanın ölkə ərazisindən aparılmasına icazə var: “Lakin şəxs əvvəllər bu valyutanı, misal üçün 70 min dollar ölkə ərazisinə gətiribsə, məbləğin 50 min dollarını ölkə ərazisindən çıxara bilər. Bunun üçün isə valyutanın ölkə ərazisinə gətirilməsi ilə bağlı sənəd, bəyannamə olmalıdır. Yəni şəxs sübut etməlidir ki, əvvəllər həmin şəxs tərəfindən bu valyuta ölkəyə gətirilib.
Ölkə ərazisinə valyutanın gətirilməsinə heç bir limit yoxdur, lakin ölkə xaricinə 10 min dollar məbləğində xarici valyuta çıxarılmasına icazə verilir”.
Şöbə müdirinin sözlərinə görə, milli valyutanın ölkə ərazisindən çıxarılması Nazirlər Kabinetinin qərarına əsasən, 20 min manatdan artıq olduğu təqdirdə gömrük orqanlarına yazılı şəkildə bəyan olunmalıdır: "Belə olduqda artıq miqdarda da ölkə ərazisindən milli valyutanın çıxarılmasına icazə verilir".
(c) ONA