"Bitcoin" son 7 ayda ilk dəfə 90 min dollara düşdü
Dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin"in dəyəri 22 aprel 2025-dən sonra ilk dəfə 90 min ABŞ dollarından aşağı enib.
ENA.az xəbər verir ki, bu barədə məlumat "Binance" platformasının ticarət göstəricilərində yer alıb.
Məlumata görə, Bakı vaxtı ilə 07:30-da bitkoin 5,83% ucuzlaşaraq 89 931 dollar olub. Bir neçə dəqiqə sonra 07:35-də qiymət daha da geriləyib və 89,7 min dollara düşüb. Bu, son sutkada 5,93% azalma deməkdir.
Ekspertlər qiymət enişini bazardakı dalğalanma, kriptovalyutalara olan qısamüddətli təzyiq və investorların riskdən yayınma meyilləri ilə əlaqələndirirlər.


















