"Kəpəz" zərərdən mənfəətə keçib
"Kəpəz” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 116 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 38 min manat zərərlə çıxmışdı.
Ötən il "Kəpəz"in gəlirləri 361 min manat, o cümlədən faiz gəlirləri 358 min manat, qeyri-faiz gəlirləri 3 min manat, xərcləri 171 min manat, o cümlədən faiz xərcləri 50 min manat, qeyri-faiz xərcləri 121 min manat, xüsusi ehtiyatlara ayırmaları 50 min manat, mənfəət vergisi ödəmələri isə 24 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Kəpəz"in aktivləri 1,414 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 dəfə çoxdur. Bunun 1,338 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 6,8 dəfə böyüyüb.
Hesabat dövründə “Kəpəz”in öhdəlikləri 344 dəfə artaraq 1,032 milyon manata, 573 min manata düşüb, balans kapitalı isə 43,6% artaraq 382 min manata çatıb.