Palata: 2026-cı ilin büdcə sənədləşməsinə 4,1 milyard manat nəzərdə tutulur
"2026-cı ilin baza ssenaridə olan proqnozlarında ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən real artım, məqbul inflyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnə ilə xarakterizə olunacağı gözlənilir."
ENA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisdə Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında deyib.
O bildirib ki, növbəti ildə büdcə sənədləşməsi strategiya tədbirlərinə cəmi 4,1 milyard manat nəzərə tutulub:
“Təqdim edilmiş məlumatların analitik prosedurlarla araşdırılması, strategiyanın tədbirlərinin proqnozlarında nəzərə alınması və tədbirlərin mani təminatı ilə bağlı aşağıdakı bəzi nəticələrə gəlməyə imkan verir.
Büdcə sənədləşməsinin strategiyasının makroiqtisadi hədəfləri makrofiskal göstəricinin proqnozlarına tam və ya qismən nəzərə alınıb, digəri isə vəsait ayrılması nəzərdə tutulan tədbirlər arasında icra müddəti bitmiş tədbirlərə də rast gəlinib.”-deyə sədr müavini qeyd edib.


















