Azərbaycana gətirilən birdən çox mobil cihaza gömrük rüsumu və aksiz vergisi tətbiq edilə bilər
Azərbaycana təqvim ili ərzində gətirilən bir ədəddən çox mobil cihaza gömrük rüsumu və aksiz vergisi tətbiq edilə bilər.
Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən bazar qiymətindən və növündən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat rüsum alınacaq.
Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edilən mobil cihazların hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.















