“Dünyada çox az ölkədə bu qədər aşağı gəlir vergisi mövcuddur” - Sahil Babayev
“Bildiyimiz kimi, 2026-cı ildə vergilərə güzəşt müddəti bitir. Hökumət tərəfindən müvafiq addım atılmasaydı, 2026-cı ildə 14 və 25 faizlik rəqəmlər qüvvəyə minəcəkdi. Amma ciddi bir güzəşt yenidən irəli sürüldü. 2500 manata qədər əməkhaqqıdan cəmi 3 faiz gəlir vergisi tətbiq ediləcək. Dünyada çox az ölkədə bu qədər aşağı rəqəmlə gəlir vergisi mövcuddur. Biz ümumi fiskal yükü tənzimləyirik. Azərbaycanda əvvəllər fiskal yük 50-52 faizə qədər gedib çıxırdı”.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deputatların çıxışlarına münasibət bildirərkən deyib.
O bildirib ki, hazırladığımız yeni layihə ilə bunu daimi dərəcələrlə tətbiq edirik:
“2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%-lə fikislənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manta qədər 7 %, 8000 manatadəkk 10 %, 8000-dan yuxarı isə 14% olaarq müəyyən olunacaq.Bunun özü də çox böyük bir güzəştdir”.















