Birja

Moskva birjası "qırmızılara" qərq oldu. Şirkətlərin səhmləri ucuzlaşdı

Həftənin dördüncü ticarət gününü qırmızı ilə açan Moskva Birjası (MOEX) 3,38 faiz itirərək 2564 bəndin altına düşərkən, dollar əsaslı RTS indeksi də 3,38 faiz azalaraq 989 bəndin altına düşüb.

ABŞ-ın sanksiyalar siyahısında olan “Rosneft”in səhmlərinin qiyməti 2,87 faiz ucuzlaşaraq 390 rubla, “Lukoyl”un səhmlərinin qiyməti isə 3,26 faiz azalaraq 5854 rubla düşüb.

Rusiya rublu da dollar qarşısında 0,43 faiz dəyər itirərək, dollar/rubl məzənnəsi 81,77-yə yüksəlib.

ABŞ Rusiyanın iki ən böyük neft şirkəti olan Rosneft və Lukoil-i və onların törəmə şirkətlərini Ukraynada müharibəyə son qoymağa yönəlmiş sülh prosesinə “ciddi sədaqətsizlik” nümayiş etdirdiklərinə görə sanksiya siyahısına əlavə edib.

Bundan əlavə, Avropa Komissiyası Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına məhdudiyyətləri özündə əks etdirən 19-cu sanksiyalar paketini qəbul edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)