Bank sektorunda aktivlərin bölgüsü: Üç bank bazara hakimdir. 21 BANKIN SIRASI
Bank sektorunda aktivlərin bölgüsü hələ də kəskin şəkildə mərkəzləşməni göstərir. İlk üç bank – ABB, Kapital Bank və PAŞA Bank – bazarın təxminən 63 faizinə nəzarət edir. Bu isə o deməkdir ki, sektorun maliyyə dayanıqlığı, kredit portfeli, likvidlik imkanları və investisiya potensialı əsasən bu bankların üzərində cəmləşib.
Üçdə ikisi yalnız üç bankın balansındadır
Qalan 18 bank isə birlikdə cəmi 37 faiz aktivə sahibdir. Yəni:
Bir bankın orta aktiv həcmi (ilk 3-də) – təxminən 11,9 milyard manat
Bir bankın orta aktiv həcmi (qalan 18-də) – cəmi 1,16 milyard manatdır.
Bu fərq 10 dəfədən çox üstünlüyü göstərir.
Bu üç bankın ümumi aktivləri 35,7 milyard manata yaxınlaşır. Müqayisə üçün qeyd edək ki, qalan 18 bankın hamısı birlikdə cəmi 20,9 milyard manat aktivə malikdir. Bu nisbət göstərir ki, maliyyə resurslarının təxminən üçdə ikisi yalnız üç bankın balansındadır. Qalan banklar isə bazarın təxminən üçdə birini bölüşmək məcburiyyətindədir.
Orta seqment..
İlk üçlükdən sonrakı banklar arasında Xalq Bank, Bank Respublika, Azər Türk Bank, Unibank, AccessBank və Yelo Bank kimi adlar orta aktivli maliyyə institutlarını təmsil edir. Onların aktivləri 1–3,5 milyard manat arasında dəyişir. Bu banklar həm korporativ, həm də pərakəndə seqmentdə mövqelərini genişləndirməyə çalışsalar da, resursların həcmi onları aparıcı üçlüyə yaxın buraxmır.
Kiçik bankların taleyi
Siyahının sonuncu hissəsində aktivləri 200–800 milyon manat arasında dəyişən banklar yer alır. Premium Bank, Expressbank, Yapı Kredi Bank Azərbaycan, BTB, VTB Azərbaycan, AFB Bank və Bank Avrasiya kimi banklar əsasən lokal və spesifik müştəri seqmentlərində fəaliyyət göstərirlər. Onların kapital imkanları genişlənmə və rəqabət baxımından məhdud görünür.
|
Bankların sırası |
III Rüb, aktivlərin həcmi, milyon manatla |
|
ABB ASC |
14047.0 |
|
Kapital Bank ASC |
12714.1 |
|
PAŞA Bank |
8932,5 |
|
Xalq Bank ASC |
3440.5 |
|
Bank Respublika ASC |
2658.4 |
|
Unibank KB |
1812.3 |
|
AzƏr Türk Bank ASC |
1918.4 |
|
AccessBank QSC |
1601.9 |
|
Yelo Bank ASC |
1323.7 |
|
Rabitəbank ASC |
1188.0 |
|
Ziraat Bank Azərbaycan ASC |
1068.5 |
|
Bank of Baku |
1045.0 |
|
TuranBank ASC |
948.0 |
|
Azərbaycan Sənaye Bankı ASC |
814.8 |
|
Premium Bank ASC |
648.2 |
|
Yapı Kredi Bank Azərbaycan QSC |
591.9 |
|
Expressbank ASC |
614.0 |
|
Bank BTB ASC |
364.2 |
|
AFB Bank ASC |
311.8 |
|
Bank VTB (Azərbaycan) ASC |
337.0 |
|
Bank Avrasiya ASC |
195.2 |


















