İnşaat və əmlak

Gəncə İdman Sarayının tikintisinə 4 milyon manat ayrıldı

Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə Gəncə İdman Sarayının tikintisi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 4 milyon manatdır.

Xatırladaq ki, “Rövşən Oğuz Qrup” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 40 AZN-dir və qanuni təmsilçisi Emin Əhmədovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)