“Finex Kredit” BOKT-nin nizamnaməsinə dəyişiklik ediləcək
Noyabrın 20-də, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un nizamnaməsində dəyişiklik edilməsi və digər məsələlər daxildir.


















