Birja

Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları keçdi

Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb.

Məlumata görə, bunu "Comex"dəki məlumatlar təsdiqləyir.

Lakin Bakı vaxtı ilə 04:54-də qiymət bir unsiya üçün 3987,4 dollara enərək rekorda yaxın dəyərləri qoruyub.

Əvvəlki maksimum 6 oktyabrda qeydə alınmışdı. O zaman qızılın dəyəri bir troya unsiyası üçün 3949 dollar səviyyəsini keçmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)