HI-TECH

Rəşad Nəbiyev: "Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq"

Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birlikdə Azərbaycanda Akselerasiya Mərkəzini açılacaq: "Bu təkcə bizim üçün deyil, həm də MDB regionu, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün unikal olacaq. Buna görə qlobal texnologiya şirkətləri Azərbaycanı öz təyinat məkanları olaraq seçirlər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)