Sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi - TOP 5
Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi edən “Paşa Həyat Sığorta” ASC olub.
Mərkəzi Bankdan verilən məlumata görə, şirkət hesabat dövründə 375 milyon 641 min manat ödəniş aparıb.
Qeyd edək ki, ötən 8 ayda sığorta şirkətləri 603 milyon 414 min manat sığorta ödənişi ediblər.


















