Bakıda çoxmərtəbəli binada yanğın tam söndürülüb - YENİLƏNİB
Bakının mərkəzində çoxmərtəbəli bina yanır.
ENA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***
Bakıda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.


















