Bank

AMB: Rusiya Azərbaycana edilən pul köçürmələrində liderdir

"Cari ilin birinci yarısında xaricdən Azərbaycana edilən pul köçürmələrinin həcmi 533,9 milyon ABŞ dolları təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansına dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ölkəyə ən çox pul köçürmələrini həyata keçirən Rusiya Federasiyası olub.

Cari ilin 1-ci yarısının yekunlarına əsasən, Azərbaycana edilən pul köçürmələri üzrə 5 əsas ölkə aşağıdakılardır: Rusiya - 214 milyon dollar, Türkiyə - 87.8 milyon dollar, Böyük Britaniya - 18,8 milyon dollar, Birləşmiş Ərəb Əmirlikləri isə təxminən 18,6 milyon dollar təşkil edib. ", - o qeyd edib.

"Hesabat dövründə Azərbaycandan xarici ölkələrə edilən pul köçürmələrinin həcmi isə 238,1 milyon ABŞ dollar təşkil edib- deyə Samir Nəsirov əlavə edib.(Teleqraf)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)