Elm və Texnologiya

Maskın "Neuralink" şirkəti gələn il kor xəstədə görmə bərpası əməliyyatı planlaşdırır

Neyroçipləri implantasiya edən milyarder İlon Maskın "Neuralink" şirkəti 2026-cı ildə görmə qabiliyyətini itirən şəxsin üzərində əməliyyat keçirməyi planlaşdırır.

Bu barədə amerikalı milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində yazıb.

Mask qeyd edib: "Biz gələn il görmə qabiliyyətini tamamilə kor insana qismən bərpa etməyi hədəfləyirik".

İyul ayında "Bloomberg" xəbər vermişdi ki, "Neuralink" 2031-ci ilə qədər hər il 20 min xəstəyə neyroçiplər implantasiya etməyi planlaşdırır. Bu çiplər üç əsas istiqamətdə tətbiq olunacaq: kor və görmə qabiliyyətini itirmiş insanların görmə qabiliyyətini artırmaq (Blindsight), neyrodejenerativ xəstəliklərin simptomlarını azaltmaq (məsələn, Parkinson xəstəliyi) və digər düşüncə cihazları ilə əlaqəli funksiyaları inkişaf etdirmək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)