“PashaPay”in kapitalı artırılaraq 50 milyon manatı keçib

Azərbaycanda “m10” və “MilliÖN” kimi pdəniş sistemlərinə sahib olan “PashaPay” MMC-nin kapitalına daha 10.3 mln. manat artım edilib.
Məlumata görə, elektron pul təşkilatının nizamnamə kapitalı 25.7 faiz artımla 50.322 milyon manata qaldırılıb.
Buna qədər isə “PashaPay”in nizamnamə fondu 40.022 mln. manat idi.
Xatırladaq ki, Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.