MALİYYƏ

"Dollar kreditlərini manata çevirənlər də prezidentin fərmanından faydalanacaqlar"

Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib.

"Businessinsider.az" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

 

Eləcə də bax: Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq

 

"Həmin şəxslər banklardan manatla kredit alsalar da, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar", - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşməsi devalvasiya ilə bağlı olub və hazırda dövlət bu səbəbi aradan qaldırır:

"İndi sadəcə borcu əvvəlki qaydada ödəmək qalıb. Dövlət borc yükünü təxminən 50% azaldır, yəni tamamilə bağışlamır. Çünki, buna gedilsə, borc intizamı pozular, bankların problemləri kəskinləşər".

 

Eləcə də bax: Hüquqi şəxslərin də problemli kreditləri həll ediləcək - PROQRAM HAZIRLANIR

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)