"Prezident dedi ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil"
“Fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələdə təklif var idi ki, borc yükünün bir hissəsini dövlət, bir hissəsini banklar, bir hissəsini isə vətəndaşların üzərinə qoyulsun. Hətta 1-ci devalvasiyanın nəticələrinin nəzərə alınmaması, 2-ci və daha böyük həcmdə devalvasiyanın nəticələrinin nəzərə alınması təklif edilirdi”.
"Businessinsider.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
“Bununla belə, Prezident İlham Əliyev bildirdi ki, dövlət borc yükünü tam üzərinə götürməlidir, nəinki əhalinin, heç vaxt sektorunun da üzərinə yük düşməməlidir. Təbii ki, bunun üçün maliyyə vəsaiti lazımdır, lakin dövlət başçısı dedir ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil. Yəni bu problemə maliyyə baxımından yanaşsaq bu sosial deyil, iqtisadi layihə olur. Sosial ədalət prinsipi tam şəkildə reallaşmalıdır”, - deyə o, qeyd edib.